Krım böhranı erməniləri üz-üzə QOYDU: Yerevan susur, Qarabağ separatçıları nəticələri TANIDI

Krımda keçirilən referendum Ermənistanla Dağlıq Qarabağdakı separatçı rejim arasında mövqe fərqi yaradıb. Modern.az saytı bildirir ki, Ukraynadakı prosesləri şərh edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, rəsmi Yerevan problemin sülh yolu ilə həll olunmasını istəyir. 

“Ermənistan Ukrayna böhranının BMT -nin Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri əsasında, sülh, dilaoq və danışıqlar yolu həll olunmasına tərəfdardır”-deyə Nalbandyan bildirib.

Ukraynadakı böhranın Qarabağ münqaişəsinə hansı təsiri göstərəciyi ilə bağlı sualı cavablandıran XİN başçısı vurğulayıb ki, ermənilər problemin Minsk Qrupu çərçivəsində həll olunmasına tərəfdardılar. 

“Biz sülhə prioritet veririk və münaqişənin ədalətli həll olunmasına ümid edirik”. 

Bununla yanaşı Nalbandyan “köhnə bayanatı”nı da unutmayıb. O ehtiyatla “Qarabağ xalqının öz müqəddəratını təyin etməsi hüququ”nu da xatırladıb. Dərhal ardınca “biz istisnasız olaraq sülh yolunu dəstəkləyirik” deyib.

Nalbandyan ona ünvanlanmış “Yerevan Krımla bağlı referendumun nəticələrini tanıyacaqmı” sualını cavablandırmaqdan imtina edib.

Dağlıq Qarabağadkı separatçı rejimin isə Krımdakı referendumla bağlı mövqeyi rəsmi Yerevandan tam fərqlidir. Qondarma rejimin “XİN”i bəyanat yayaraq, referendumun nəticələrini tanıdıqlarını açıqlayıb. Separataçı rejim Krımdakı referendumu “xalqların öz müqəddəratını təyinetmə hüququnun növbəti təzahürü” adlandırıb. 

əsas linklər