
Həmsədrlər Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Elmar Məmmədyarov Edvard Nalbandyanla görüşüblər. ANS PRESS-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "Tvitter" səhifəsində yazıb.
O, görüş haqqında təəsüratlarını bölüşüb. "Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə pozitiv görüş keçirildi. Birlikdə işləyirik, uzunmüddətli sülh mümkündür".
C.Uorlik Qarabağ münaqişəsi tərəfləri üçün sülh arzuladıqlarını qeyd edib.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan da artıq Niderlandda ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə (Polşa) görüşüb.