AŞPA həmməruzəçiləri Azərbaycana səfər edəcəklər
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Cozef Dobono Qrex və Pedro Aqramunt Azərbaycana növbəti dəfə səfər edəcəklər.


 APA-nın xəbərinə görə, səfər Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyi qəbul etməsindən əvvəl baş tutacaq.

 

Qeyd edək ki, həmməruzəçilər sonuncu dəfə bu il yanvarın 21-23-də Azərbaycana səfər ediblər. Azərbaycan mayın 14-dən AŞ Nazirlər Komitəsinə sədrlik etməyə başlayacaq.

əsas linklər