
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla bu gün keçirilən brifinqdə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın sabiq müşaviri, Miçiqan universitetinin professoru Jirayr Liparityan çıxış edib.
Minsk qrupu formatının üç dəfə dəyişdirildiyini deyən J.Liparityan öncə qrupun 11 dövlətdən ibarət olduğunu, sonradan 9+2 formatına üstünlük verildiyini və nəhayət indi üç həmsədr ölkənin fəaliyyət göstərdiyini qeyd edib.
“Lakin faktiki olaraq “üçlük” hər hansı analitik qurumun yaxud digər ölkələrdən ibarət üçlüyün görə bilməyəcəyindən artıq bir iş görmür. Məsələn, Nigeriyanın Birləşmiş Ştatlardan nəyi pisdir? Götürək elə diplomat Vladimir Kazimirovu, təkcə o, hər gün Qarabağ nizamlanması ilə bağlı 3-4 təklif verə bilərdi”, - deyə o vurğulayıb.