“İşğal altında olan ərazilər Azərbaycanın əzəli torpaqlarıdır”

Fransa senatının Fransa-Qafqaz Dostluq Qrupu sədrinin müavini, senator Natali Qulenin “Nediapart” mətbu orqanında “Dağlıq Qarabağ münaqişəsindən pis istifadə etmə” adlı məqaləsi dərc olunub.

Yazıda ölkəmizə qarşı qərəzli mövqe tutan Fransa Milli Assambleyasının ermənipərəst deputatlarına tutarlı cavab verilib. 

Natali Qule Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin artıq dünya ictimaiyyətinə məlum olduğunu qeyd edib. 

Senator işğal altındakı ərazilərin Azərbaycanın əzəli torpaqları olduğunu diqqətə çatdırır, ATƏT-in Minsk qrupunun münaqişəni sülh yolu ilə həll etməyə çalışdığını vurğulayıb.

əsas linklər