
APA-nın məlumatına görə, hadisə nəticəsində Azərbaycan Ordusunun əsgərləri Bəhruz Musayev, Sadiq Cəbrayılov, Emin Talıbov və Azər İsgəndərzadə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralı əsgərlər hospitala yerləşdirilib.
Hadisə zamanı dünyasını dəyişən Azərbaycan Ordusunun zabiti, kapitan Ceyhun Orucəliyev Naxçıvan, əsgərlər Novruz Abdullayevin Bakı, Seyfəddin Kərimovun isə Gəncənin Kəpəz rayonundan hərbi xidmətə çağırıldığı məlum olub.