Azərbaycan torpağının İrana verilməsi ilə bağlı açıqlama

Azərbaycan xarici işlər nazirliyi Culfa rayonunda yerləşən 44 metr mübahisəli ərazinin İran tərəfinə verilməsi barədə İran mətbuatında yayılmış xəbərlərə şərh verib. 

ANS PRESS-in məlumatına görə, Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu məsələ ilə bağlı heç bir məlumatı olmadığını bildirib . Lakin Elman Abdullaev Azərbaycanın heç kimə bir qarış torpaq verməyəcəyini bildirib. 

Qeyd edək ki, dunən bir sıra İran KİV-i Azərbaycanın Culfa rayonunda yerləşən 44 metr mübahisəli ərazinin İrana verməsi barədə məlumat yaymışdı. 

əsas linklər