
06 aprel tarixində Dubay şəhərində açılış mərsaimi keçirilən Pauerliftinq üzrə dünya çempionatı davam edir.
ANS-in Azərbaycan Milli Paralimpiya Komitəsindən aldığı xəbərə görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən pauerliftinq üzrə dünya çempionatında Milli Paralimpiya komandası ilk medalını qazanıb.
Yığmamızın üzvü Elşən Hüseynov bürünc medala sahib olub.
107 kq çəki dərəcəsi kateqoriyasında iştirak edən pauerliftinqçimiz ötən gün 230 kq qaldıraraq bürünc medal qazanıb.