Zakir Həsənov İrana gedib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə 14 apreldə İran İslam Respublikasına rəsmi səfər edib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

İki günlük səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi, regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran İslam Respublikasının rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

əsas linklər