Ermənilər Türkiyəyə axışır

2014-cü ilin 2 ayı ərzində 6435 Ermənistan vətəndaşı Türkiyəyə gedib. 

ANS PRESS-in məlumatına görə, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin son hesabatında göstərilir ki, 2014-cü ilin yanvar ayında 2691, fevral ayında isə 3744 Ermənistan vətəndaşı Türkiyə sərhədini keçib.

Qeyd edək ki, keçən ilin yanvar ayında 2600, fevral ayında isə 4010 Ermənistan sakini Türkiyəyə gedib. Ümumiyyətlə 2013-cü ildə 73 365, 2012-ci ildə isə 70 956 Ermənistan vətəndaşı qardaş ölkəyə səfər edib. 

əsas linklər