
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dua edir.
ANS PRESS-in xəbərinə görə, həmsədr bu barədə şəxsi tvitter səhifəsində yazdığı mesajda bildirib.
Uorlik problemin həlli yoliunu tapmağa məcbur olduqlarını qeyd edib.
“Nə gözəl bir pasxa günüdür! Mənim duam Dağlıq Qarabağ probleminin daimi həlli yolunun tapılması üçündür. ABŞ bu məsələyə necə yardımçı ola bilər? Bunun bir yolunu tapmağa məcburuq” – deyə amerikalı həmsədr öz mesajında yazıb.