
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
Xəzəryanı ölkələrin XİN rəhbərlərinin görüşündə iştirak etmək üçün Rusiyaya səfər edən iranlı nazir bildirib ki, Xəzərin hüquqi statusu ilə bağlı məsələ beş Xəzəryanı dövlətin mənafeyi nəzərə alınmaqla həllini tapmalıdır: “Xəzər əməkdaşlıq dənizi olmalıdır”.
Azərbaycan prezidenti İlham Əliyevin İrana səfərini xatırladan nazir prezidentlərin Tehranda keçirdiyi görüşlərdə bir sıra məsələlərin, o cümlədən Xəzərin hüquqi statusunun da müzakirə olunduğunu söyləyib: "Müzakirələr çox məhsuldar keçdi. Ümid edirik ki, iki ölkə arasında məhsuldar əməkdaşlıq davam edəcək"