
Türkiyə Ermənistan vətəndaşları üçün vizanın dəyərini 15 dollardan 25 dollara qaldırıb. Modern.az saytı Ermənistan mətbuatına istinadən bildirir ki, Türkiyə ərazisindəki sərhəd məntəqəsinin viza bölməsinin əməkdaşının sözlərinə görə, aprelin 14-dən Ermənistan vətəndaşları üçün vizanın qiyməti 10 dollaradək artırılıb.
Xatırladaq ki, Türkiyə sərhədində Ermənistan vətəndaşlarına viza bir neçə gəliş üçün 30 günlüyə verilir. 2013-cü ildə Türkiyəyə 73 365, 2012-ci ildə isə 70956 erməni gəlib.