Nyu Yorkda “Erməni yalanlarına son!” mitinqi keçirildi

Erməni terror təşkilatı ASALA tərəfindən qətlə yetirilən Türk diplomatlar Nyu Yorkun məşhur Tayms meydanında anılıb.

ANS PRESS-in xəbərinə görə, ABŞ-da yaşayan Gənc Türklər Dərnəyi tərəfindən Nyu Yorkun Tayms meydanında erməni yalanlarına son və ASALA erməni terror təşkilatı tərəfindən qətlə yetirilən türk diplomatları anma mitinqi təşkil edilib.

Nyu York polis təşkilatının nəzarəti altında keçirilən mitinqdə aksiyaçılar "erməni yalanlarına yox!" şüarı səsləndirməklə, Türkiyə, Azərbaycan, Krım, ŞKTC və ABŞ bayraqları dalğalandırılıb.

Aksiyada çox sayda azərbaycanlı iştirak edib. Onlar erməni yalanlarını çatdırmaq üçün hazırlanmış xüsusi broşüralar paylayıblar. 

Mitinq sakit şəkildə başa çatıb.



əsas linklər