Ermənistan oğurluğa görə dünyada ikincidir

FaktXəbər-in verdiyi məlumata görə, Ermənistan oğurluğa görə dünyada ikinci yerdədir. Bunu  Amerikanın «Verizon Communication» telekommunikasiya kompaniyasının ödəniş kardları ilə bağlı dələduzluqla  əlaqədar hesabatına əsasən demək olar.

Belə cinayətlər törədənlər sırasında ilk yer Bolqarıstana aiddir. Ondan sonra  Ermənistan Rumıniya, Braziliya və ABŞ gəlir.

Statistik məlumatlara görə ötən il 130 belə cinayət qeydə alınıb. Üstünlüyü yanacaqdoldurma məntəqələrindəki  bankomatlardan oğurluq təşkil edib.

Bu işdə istifadə olunan ən geniş üsul PİN kodla əlaqədardır. Uzun müddət dəyişməyən PİN kodları açmaq daha asandır. Bu cinayət xüsusi istedad tələb etmir. Kiberoğlular bankomatlarda saxta kart oxuyan cihazlar quraşdırırlar.

«Bu xakerlər  üçün «Müqəddəs Qraal»dır, çünki onlar  nağd pullara birbaşa giriş əldə ediblər», - deyə kiber cinayətləri araşdıran qrupun rəhbəri  Brayn Sartin deyib.

əsas linklər