
Modern.az xəbər verir ki, C. Uorlik özünün twitter səhifəsində bu barədə qeydlər edib. “ABŞ Azərbaycan və Ermənistan xalqları arasında etimad və qarşılıqlı anlaşmanın qurulması üçün proqramı dəstəkləyir”,-deyə həmsədr bildirib.
Qeyd edək ki, “xalq diplomatiyası” ilə bağlı birmənalı fikirlər səslənmir və son zamanlar bu addım daha çox tənqid edilir.Xarici işlər nazirinin müavini Araz Əzimov da açıqlamasında "xalq diplomatiyası"nın Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rol oynamadığını bildirib.