Əhməd Obalı: İran Azərbaycanında siyasi məhbusların durumu ağırlaşır

Çikaqoda yerləşən Günaz TV-nin təsisçisi Əhməd Obalı Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında milli fəalların durumunu şərh edib.

İranda son günlər azərbaycanlı fəalların durumu il bağlı narahat doğuran xəbərlər verilir. Tanınmış fəal,  jurnalist və insan haqları müdafiəçisi Səid Mətinpur Tehranın Evin həbsxanasında təkadamlıq kameraya köçürülüb. Təbrizin mərkəzi həbsxanasında aclıq aksiyasını davam etdirən azərbaycanlı fəalların ümumi vəziyyətinin getdikcə ağırlaşdığı bildirilir.

Çikaqoda yerləşən Günaz TV-nin təsisçisi Əhməd Obalı Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında milli fəalların durumunu şərh edib.

Əhməd Obalının İran azərbaycanında siyasi məhbusların durumu ağırlaşdığını bildirib. Onun sözlərinə görə, Səid Mətinpur və Mehdi Kuxiyanın sağlıq problemləri ciddləşib. O deyir ki, Mehdi Kuxiyan kimya terapiyası almalıdır və lazımi müalicəni almaması onun səhhətinin pisləşməsi və ölümünə səbəb ola bilər. "Bunun məsuliyyəti isə onu lazımi müalicə təmin etməyən İran hökumətinin üzərinə düşür"-deyə Əhməd Obalı bildirib.

Əhməd Obalı Urmiyə gölünün quruması və azərbaycanlı fəalların bu istiqamətində işindən də danışıb. O, Urmiyə gölündə ekoloji fəlakətin Güney Azərbaycanının milli fəlakəti olduğunu düşünür. Əhməd Obalının sözlərinə görə, gölün ekoloji probleminin həllinıə yönəlmiş fəaliyyətlər azərbaycanlıların milli və hüququ vəzifəsidir. O, İranın yeni prezidenti seçilmiş Həsən Ruhaninin Urmiyə gölünün qurumasının qarşısının alınması ilə bağlı seçkiqabağı vədlərinə şübhə ilə yanaşdığını deyib.

Əhməd Obalı İranda prezident seçkilərindən sonra Həsən Ruhaninin verdiyi vədlərə ümimiyyətlə əməl etməyəcəyini düşündüyünü bildirib. Onun sözlərinə görə, Həsən Ruhaninin Azərbaycan türkləri ilə bağlı verdiyi vədlərin icrası onun özündən asılı deyil. Əhməd Obalı Həsən Ruhaninin İranda ümumi siyasi kursu dəyişə biləcəyinə inanmadığını bildirib: "Həsən Ruhani təkcə azərbaycanlılarla bağlı deyil, İrana sanksiyalar məsələsi ilə bağlı vədlər verib. Lakin bu onun səlahiyyətidə olan məsələ deyil. İrana qarşı sanksiyalar onun beynəlxalq qanunları pozduğuna görə tətbiq edilib. Həsən Ruhani bu məsələləri həll edə bilməcəyək. Əsas Ayətulla Xamneyidir."

əsas linklər