Kəlbəcər koreyalıların diqqətində

Koreya mətbuatında Kəlbəcərin işğalı haqqında məqalə çap olunub.

Koreya Respublikasının “The Korea Post” jurnalının aprel buraxılışında “Ermənistan Azərbaycanın Kəlbəcər rayonunu işğal edib: 511 nəfər həlak olub, 321 nəfər əsir götürülüb, 58 min nəfər isə didərgin salınıb” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Ermənistanın ərazi iddialarının nəticəsi olaraq Azərbaycan torpaqlarının 20 faizinin işğalından, Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan azərbaycanlıların öz yurdlarından didərgin salınmasından danışılıb, Kəlbəcərin işğalı və yerli əhaliyə qarşı törədilmiş amansızlıqlar, o cümlədən rayonun tarixi abidələrinə və təbii sərvətlərinə dəymiş zərər haqqında məlumat verilib.

Yazıda, həmçinin BMT-nin Təhlükəsizlik Şurasında Kəlbəcərin işğalına dair qəbul edilmiş 822 saylı qətnamə barədə danışılıb, ermənilərin beynəlxalq hüquq normalarına zidd olaraq Kəlbəcər ərazisində qeyri-qanuni məskunlaşmasına toxunulub.

əsas linklər