Bakıda 46 ölkənin mübarizəsi başladı

Ötən gün Bakıda taekvondo üzrə Avropa çempionatının rəsmi açılış mərasimi keçirilib

“Sərhədçi” Olimpiya Mərkəzində baş tutan tədbirdə Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çunq Von Çu, Avropa Taekvondo İttifaqının prezidenti Atanasios Praqalos, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kamaləddin Heydərov, Gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər iştirak ediblər.

Yarışın əhəmiyyətindən və Azərbaycanda idmanın bu növünün sevilməsindən danışan qonaqlar ölkəmizdə olmalarında məmnunluqlarını ifadə ediblər. Qitə çempionatında mübarizəyə bu gün start veriləcək. 4 gün davam edəcək yarışda 46 ölkədən 400-ə yaxın idmançı mübarizə aparacaq. 

Kişi və qadınlardan ibarət Azərbaycan yığmaları Avropa çempionatına tam heyətlə qatılacaqlar. Kişilərdən ibarət millimizin baş məşqçisi Ələkbər İmaməliyevlə qadınlardan ibarət yığmamızın baş məşqçisi Gündüz Abdullayev çempionatda 15 yetirməsinə şans verəcək.

əsas linklər