Erməni zabit Azərbaycanla sərhəddə itdi
 Ermənistan ordusunun zabiti Azərbaycanla sərhəddə yoxa çıxıb.


APA-nın məlumatına görə, bu barədə “Novosti-Armenii” agentliyinə Ermənistan Müdafiə Nazirliyindən bildiriblər.

 

Baş leytenant Merujan Arutyunyan dünəndən Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə itkin düşüb.

 

Erməni tərəfi zabitin azdığını yaxud da göldə boğulduğunu ehtimal edir.

əsas linklər