
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə İrana rəsmi səfərə gedib.
SalamNews–un İRNA agentliyinə istinadla verdiyi xəbərə görə, iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşəcək ermənistanlı nazirin bu gün günortadan sonra ölkə prezidenti Həsən Ruhani ilə görüşü baş tutacaq.
E.Nalbandyan görüşdə qarşı tərəfə Ermənistan prezidentinin məktubunu çatdıracaq. Daha sonra E.Nalbandyan və M.C.Zərifin birgə mətbuat konfransı keçiriləcək.
Ermənistan XİN rəhbərinin səfər çərçivəsində İranın digər rəsmiləri ilə də görüşlər keçirəcəyi bildirilir.