Ermənilər yoxsullaşır

Ermənistan statistikasının verdiyi rəsmi məlumatlara görə, adambaşına olan minimal istehlak səbəti bu ilin 1-ci rübü üçün hər ay 46,6 AMD, yəni 113.04 dollar təşkil edir və bu rəqəm il ərzində 1 % artıb.
 

Bu sözləri Ermənistanın iqtisadi eksperti Sambat Qriqoryan deyib.

Onun sözlərinə görə, bu rəqəmə baxanda istər-istəməz belə bir sual yaranır. Yaşayış tərzi hiss olunacaq dərəcədə bahalaşdığı halda, niyə “səbətimiz” az qala tısbağa sürəti ilə sürünür? Bu fenomenin sirri isə heç də mürəkkəb deyil.

Çünki böyük fəndgirliklə hazırlanan “yaşayış səbətin”də göstərilən məhsulların içərisində baha qiymətə olan yeyinti məhsulları (ət, balıq, və s.) az yer tutur, bəzən də bu hesablamalar aparılanda ət, balıq kimi yeyinti məhsulları o səbətə salınmır. Nəticədə isə, ikimənalı qiymət artımında, bu məhsullar umimi səbətdə nəzərdə tutulan faizlərlərdən aşağı göstərilir. 

Bu fəndgirliklə, bizim “səbət”də ancaq yeyinti məhsullarının yığımının qiyməti hesablanır. Məişət və qeyri məişət malları, gündəlik tələbat malları, kommunal xidmətlər isə bu hesablamada törəmə kəmiyyət kimi göstərilir. Belə bir metodla hesabı əhəmiyyətli dərəcədə sadələşdirərək, müxtəlif xidmətlərin, eləcə də gündəlik tələbat malların istehlakının aşağı dərəcəyə endirərək, rəqəmləri maskalaya bilirlər.

Məsələn, “səbətdə” bu ilin birinci rübünə görə adambaşına olan gündəlik tələbat mallarına olan məxaric sərfi və digər xidmətlər 1 ay ərzində təqribən 49,2 dollar təşkil edir. Dörd nəfərdən ibarət olan standart ailənin yaşayışı üçün 49,2 $ görəsən nə qədər realdir?

Müqayisə üçün gəlin ötən il Ermənistan əhalisinin təbii qazdan istifadə etdiyi rəqəmlərə nəzər salaq. “Ermənistan Qazprom” QSC-nin məlumatında deyilir ki, əhaliyə ötən il 538,6 milyon kubmetr təbii qaz verilib. Bu məlumatlardan çıxan nəticəyə görə, əslində qazla təmin olunan hər bir ev, təsərrüfat bir ayın təqvim gününə görə orta hesabla 70 kubmetr qaz işlədib.

Cari taarif göstəricilərində bu rəqəm 26,3 dollar edir. Ötən qış təbii qaz sərfinə görə böyük məbləğdə hesab qəbzi alan vətəndaşlar isə əlbəttə, bu rəqəmlərlə haqlı olaraq razılaşmırlar. Çünki onların təbii qaz sərfi qəbzlərində göstərilən rəqəmlər, “Ermənistan QazPROM” QSC-nin məlumatında göstərilən rəqəmin əksini təşkil edir. Amma neyləyəsən ki, cəmiyyətdən verilən rəsmi rəqəmlər aldadıcıdır.

Və belə çıxır ki, ailələrin gündəlik tələbat mallarına və digər kommunal xidmət üçün ehtiyacını ödəməyə sərf edilmək üçün nəzərdə tutulan vəsaitin 13% ancaq təbii qazdan istifadə borcunu ödəməyə sərf olunur. Bundan başqa isə hər bir ailənin büdcəsində nəzərdə tutulan digər enerjidaşıyılarına sərf edilən məsarif xərcləri də var.

Nəzərə alanda ki, ailənin elektrik enerjisindən istifadə etmək, paltar və ayaqqabı almaq, rabitə və nəqliyyat vasitələrindən istifadə və bir çox ilkin və cari xərclər tələb edən ehtiyacları var. O zaman istər-istəməz belə nəticyə gəlirsən ki, belə minimal bir yaşayış səbəti ilə Ermənistan əhalisinə kurortlarda dincəlmək, ali məktəblərdə oxumaq və müasir sivilizasiyanın gözəlliklərindən faydalanmaq haqqında arzu etmək belə qadağandır.

Gəlin rəsmi statistikaya yenə də nəzər salaq: Rəsmi statistika öz normalarını 2009-cu ildə 7872 ailə təsərrüfatında apardığı “faktiki istehlak səbəti üzrə inteqrasiya sorğusu” əsasında təyin edib. Yenə də orta rəqəmlərə istinad edilib. Göründüyü kimi, statistik istehlak norması bir çox bahalı yeyinti məhsullarından yan keçərək, Ermənistan əhalisinin faktiki resurslarını gözə çarpacaq dərəcədə üstələyir. Və burada da belə düşünməkdən başqa çarə qalmır: istehlak norması bilərəkdən aşağı salınıb.

Yenə də bir müqayisə etmək yerinə düşər. Rusiyanın təbii qazdan istehlak sərfi – istilik və isti su sistemləri nəzərə alınmaqla 10 kub metr təşkil edir. Hansı ki, bizim əhali isti su və istilik xidməti sistemini çoxdan unudub. Bizimkilər bu haqda ancaq arzu edə bilərlər. Sivil ölkə vətəndaşlarından fərqli olaraq bizim vətəndaşlar mənzilinin isidilməsi və isti su ilə təminatını özü həll etmək məcburiyyətindədir. Bu da təbii ki, yenə də ailənin büdcəsinin əlavə təbii qaz sərfinə gətirib çıxarır. Və yaşayış səbətində özünü qabarıq şəkildə göstərmiş olsa da faktiki rəsmi statistikada bu gizlədilir.

Burdan da belə nəticəyə gəlmək olur ki, bizim istehlak səbətimiz insanların maddi rifah halının yaxşılaşmasına xidmət etmək əvəzinə, şişirdilmiş rəqəmlərlə kasıbçılığın həddinin aşağı düşməsini göstərməyə yönəlib. Lakin çoxları bilmir ki, dünyada kasıbçılıqla mübarizə kimi mühüm bir missiyanı daşıyan Dünya Bankı var.

Dünyanın biz yaşayan üzündə isə kasıbçılıq və aclıq hökm sürür. Və bu dünyada adambaşına nəzərədə tutulan və xərclənən 1,25$ yaşayış minimumu normal hal sayılır. Beləliklə, indi biz seçim qarşısındayıq. Ya gərək röyalarda qurduğumuz illiyuziyalarla kasıblığı dəf edək, ya da ki, insanların normal yaşaması, onlarin layiqli istehlak malları ilə təmin edilməsi və nümunəvi xidmətdən yararlanması üçün dövlətimiz öz qarşısına məqsəd qoymalıdır.

əsas linklər