İran Avropaya qaz nəqlində Ermənistan ərazisindən istifadə olunmasını istisna etmir
İran Almaniya, Fransa və Fransa daxil olmaqla digər Avropa ölkələrinə təbii qazını boru vasitəsi ilə və ya maye qaz şəklində ixrac etməyə hazırdır.


APA-nın “Novosti Armenii” saytına istinadən verdiyi xəbərə görə, bu barədə İranın neft nazirinin beynəlxalq məsələlər üzrə  müavini Əli Məcidi İRNA agentliyinə  bildirib.

 

Mətbuat konfransında çıxış edən nazir müavini qeyd edib ki, Avropa ölkələri İran qazını nəql etmək üçün 3 marşrutdan istifadə edə bilərlər. Onun sözlərinə görə, hazırkı şəraitdə bu marşrutlardan iqtisadi cəhətdən ən sərfəlisi Türkiyə ərazisindəki qaz borusu sayılır.  O qeyd edib ki, Avropa yeni qaz tədarükçülərinin axtarışında olduğu halda İran qazının Avropaya ixracı çox uğurlu bir razılaşma olacaq.  

 

Məcidi  ikinci marşrutun  İraq, Suriya, Livan və Aralıq dənizindən keçdiyini bildirib. “Üçüncü marşrut isə Ermənistan, Gürcüstan və Qara dənizdən keçən qaz borusudur. Nazir müavini qeyd edib ki, qazın Avropaya borular vasitəsi ilə tədarük olunması üçün xeyli hazırlıq işləri və  vaxt tələb olunur və Tehran, bu səbəbdən, hələlik Avropaya  maye qaz ixrac etməyə hazırdır.  

 

Nazir müavinin sözlərinə görə, hazırda Pakistan və Hindistan ilə qaz sazişinin bağlanılması istiqamətində danışıqlar aparılır. Məcidi qeyd edib ki, İran tədricən Qazaxıstan və Türkmnistan daxil olmaqla Orta Asiya ölkələri ilə qaz sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır.  

 

“İRNA” dövlət xəbər agentliyi qeyd edir ki, İran qaz ehtiyatlarına görə dünyada ikinci yeri tutur və Avropa Birliyi Rusiyadan asılacağını azaltmağa çalışdığı halda İran Avropa üçün etibarlı və uzunmüddətli tərəfdaş ola bilər.  

əsas linklər