
Sabah Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz Naxçıvan Muxtar Respublikasına rəsmi səfər edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfər çərçivəsində qonağın Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinə ziyarəti planlaşdırılır.
Səfər mayın 15-dək davam edəcək.