İranla Ermənistan arasındakı ticarət dövriyyəsinin həcmi 293 milyon dollara çatıb

 İranla Ermənistan arasındakı ticarət dövriyyəsinin həcmi 293 milyon dollara çatıb.

 

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın Ermənistandakı səfirliyinin ticarət məsələləri üzrə attaşesi Hamayak Avadisyans Urmiyada “Ermənistanın ticarət qanunları, investisiya və ticarət imkanları ilə tanışlıq” mövzusunda keçirilmiş konfransda bildirib.

 

Onun sözlərinə görə, 2013-cü ildə 198 milyon dollar həcmində İrandan Ermənistana məhsul ixrac edilib: “Ermənistandan İrana məhsul ixracının həcmi isə 95 milyon dollar dəyərində olub. Eyni zamanda ötən il də iki ölkə arasında ticarət balansı müsbət olub. 2012-ci ildə də İran və Ermənistan arasındakı ticarət balansı 103% idi”.

 

H.Avadikyans deyib ki, Ermənistan üçün İran strateji mövqeyi baxımından xüsusi əhəmiyyətə malikdir: “Hər iki xalqın ortaq tərəfləri, tarixi keçmişi, mədəni faktorlar, İranda erməni azlığın mövcudluğu, eləcə də ticarət əlaqələri, texniki və mühəndislik xidmətlərinin ixracatı və iki ölkənin xalqları arasında yaxın əməkdaşlıq münasibətlərdə müsbət faktorlardır”.

əsas linklər