Türkiyə müdafiə nazirinin Azərbaycana səfəri təxirə salınıb
Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın mayın 14-də Azərbaycana planlaşdırılan səfəri təxirə salınıb.


Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Səfərin Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə baş vermiş faciə səbəbindən təxirə salındığı bildirilir.

 

Qeyd edək ki, İ. Yılmazın mayın 14-15-də Naxçıvan Muxtar Respublikasına səfəri nəzərdə tutulurdu.

əsas linklər