
Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. ANS PRESS-in məlumatına görə, iclasın əvvəlində Türkiyədə baş verən Soma mədən faciəsi anılıb.
Parlamentin bu gün ki, gündəliyinə 7 məsələ salınıb və qanun layihələri aşağıdakılardır:
1. "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə
2. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə
3. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
4. "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
5. "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
6. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
7. "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"nın təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
“Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanun layihəsidə müzakirə ediləcək.