Aram Manukyan: “Ermənistanın xarici siyasəti ilə bağlı qərar xaricdə qəbul edilir”
“Ermənistanın xarici siyasəti ilə bağlı qərarlar ölkə xaricində qəbul edilir. Bu qərarları Ermənistana təsir imkanları böyük olan dövlətlər qəbul edirlər”. Bu fikirləri “Nyus.am”a açıqlamasında Ermənistan Milli Konqresinin parlament fraksiyasının katibi Aram Manukyan açıqlayıb. Manukyan bu fikrini Fransa dövlət başçısının açıqlamalarını şərh edərkən səsləndirib. Xatırladaq ki, Fransua Olland Rusiya ilə ticarət müttəfiqliyi qalmaqla Ermənistan üçün Avropa İttifaqının yeni müqavilə hazırlamasının vacib olduğunu bildirmişdi.

“Ermənistan müstəqil qərar qəbul etmək iqtidarında olan dövlət deyil. Ölkə özü təkbaşına qərar verə bilmir ki, Gömrük İttifaqına daxil olsun, yoxsa Avropa İttifaqı ilə assosiativ əməkdaşlıq haqqında saziş imzalasın”


Manukyan bildirib ki, aparılan danışıqların detalları ilə bağlı lazımi qədər informasiyaya malik olmadığı üçün konkret nəticələr çıxarmaq çətindir: “Amma bir fakt həqiqətdir ki, Ermənistanın xarici siyasət vektorları ölkə xaricində müəyyənləşir. Artıq uzun illərdir ki, Ermənistan hakimiyyəti xarici siyasət gündəliyini formalaşdırmır. Ermənistan müstəqil qərar qəbul etmək iqtidarında olan dövlət deyil. Ölkə özü təkbaşına qərar verə bilmir ki, Gömrük İttifaqına daxil olsun, yoxsa Avropa İttifaqı ilə assosiativ əməkdaşlıq haqqında saziş imzalasın”.

Anton Azarov: “Ermənistanın Gömrük İttifaqına üzv olmasından sonra ittifaqın sərhədləri Ermənistanın indi qəbul edilən sərhədlərindən keçəcək. Dağlıq Qarabağ məsələsi Avrasiya İqtisadi Komissiyasında ümumiyyətlə heç vaxt müzakirə edilməyib”

Qeyd edək ki, erməni ekspert Qraçya Qalustyan isə son vəziyyəti dəyərləndirərkən bildirib ki, Ermənistan bəlkə də Avropa İttifaqı ilə əməkdaşlıq etmək yolunu seçərdi. Amma Sərkisyan Rusiya prezidenti Putindən elə qorxur ki, Gömrük İttifaqına üzv olmaqla bağlı bəyanat verməyə məcbur olub. Qalustyan bildirib ki, Ermənistan Gömrük İttifaqına üzv olmaqla Dağlıq Qarabağı unutmalıdır: “Bu yaxınlarda İrəvan-Minsk-Astana telekörpüsü keçirilirdi. Avrasiya İqtisadi Komissiyasının beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Anton Azarov həmin telekörpüdə bildirdi ki, Ermənistanın Gömrük İttifaqına üzv olmasından sonra ittifaqın sərhədləri Ermənistanın indi qəbul edilən sərhədlərindən keçəcək. Azarov bildirdi ki, Dağlıq Qarabağ məsələsi Avrasiya İqtisadi Komissiyasında ümumiyyətlə heç vaxt müzakirə edilməyib. Məsələ aydındır - Dağlıq Qarabağ artıq təhvil verilib. Ekspertlərin ümumi rəyi belədir ki, ABŞ və Rusiya dövlət başçıları arasında gizli razılaşmalar var. ABŞ Rusiyanın Ukraynada keçiriləcək seçkilərə qarışmasını istəmir. Moskva seçkinin sakit şəkildə keçirilməsinə şərait yaratmaqla, nəticələri tanısa, əvəzində ABŞ-da bəzi güzəştlərə gedəcək. Rusiya ABŞ-ın nüfuz bölgəsində olmasını istəmir. Moskva Azərbaycanı Gömrük İttifaqında görməyi çox istəyir. Belə rəylər var ki, Azərbaycan Gömrük İttifaqına üzv olacağı halda Rusiya Dağlıq Qarabağı Azərbaycana qaytaracaq. Göründüyü kimi bütün halda siyasi proseslərin qurbanı Ermənistan olacaq. Yəqin ki, bu vəziyyətin Ermənistan cəmiyyətində yaradacağı narahatlıq Moskvanın diqqətinə çatdırılıb. Amma bunun nə faydası var? Rusiyanın İrəvandakı səfiri bu yaxınlarda bildirdi ki, münasibətləri pozmağa çalışanlara qarış ən sərt mövqe ortaya qoyulacaq”. 
əsas linklər