Minsk qrupunun həmsədrləri Ermənistan prezidenti ilə görüşüblər
Mayın 16-da İrəvanda Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik, Jak For və ATƏT sədrinin nümayəndəsi Anjey Kaspşiki qəbul edib.


APA-nın News.am saytına istinadən verdiyi xəbərə görə, gələcəkdə ATƏT-in Minsk qrupunda Fransanı təmsil edəcək yeni həmsədr Pyer Andrio da görüşdə iştirak edib.

 

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

əsas linklər