Rusiyada ermənilər Azərbaycana qarşı növbəti təxribat törədiblər

Sabah Moskva Dövlət Konservatoriyasında "Artsax Dövlət Kapellası"nın konserti olacaq

Rusiyada ermənilər Azərbaycana qarşı növbəti təxribat törədiblər.

Belə ki, mayın 20-də Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov zalında Dağlıq Qarabağ separatçılarının konserti planlaşdırılır.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə elan konservatoriyanın saytında yerləşdirilib. (http://www.mosconsv.ru/ru/concert.aspx?id=139022)

 

Elanda mayın 20-də saat 19:00-da Konservatoriyanın Raxmaninov zalında "Artsax Dövlət Kapellası"nın konsertinin keçiriləcəyi bildirilib.

 

Azərbaycanın Rusiyadakı səfirliyindən bildirilib ki, səfirlik məsələdən xəbərdardır və bu istiqamətdə iş aparılır.

əsas linklər