İran Xəzərdəki donanmasının döyüş tərkibinə yeni raket gəmisi daxil edəcək

İran Xəzər dənizindəki donanmasının döyüş tərkibinə yeni raket gəmisi daxil etməyi planlaşdırır. APA-nın məlumatına görə, bunu jurnalistlərə İran Dəniz Qüvvələrinin komandanı admiral Həbibullah Səyyari bildirib.

 

Admiralın sözlərinə görə, «Dəmavənd» adı verilmiş döyüş gəmisi artıq suya endirilib.

 

Silahlanma işləri başa çatandan və testlərdən sonra gəmi donanmanın döyüş sıralarına daxil ediləcək.

əsas linklər