Ermənilər Arazı qurutmaq istəyir

“İçməli və suvarmaya yararlı su mənasız şəkildə Ermənistandan Xəzərə axmalı deyil”. 

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan baş naziri Ovik Abramyan bu gün parlamentdə hökumətin yeni proqramını təqdim edərkən bildirib. 

Onun sözlərinə görə, Ermənistanın içməli su ehtiyatı ildə 7 milyard kubmetrdir və bunun yalnız 2,3 mlrd.-ı istifadə edilir. “Qalan su Xəzər dənizinə axır. Biz çox sayda su anbarları tikməliyik. Bu, bizim gələcəyimiz üçün vacibdir”, - deyə Abramyan vurğulayıb. 

Onun sözlərinə görə, hökumət Arazın üstündə Yeqvard, Vedi, Kap və Mastar məntəqələrində 4 su anbarı tikmək istəyir.

əsas linklər