Urumçidə terror aktında ölənlərin sayı 39-a çatıb
Çinin Sincan-Uyğur muxtar vilayətinin inzibati mərkəzi Urumçu şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 39-a çatıb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, partlayışlar zamanı 94 nəfər xəsarət alıb.

 

Yerli hüquq-mühafizə orqanları beş şübhəlinin şəxsiyyətini müəyyən edildiyini bildirirlər.

 

Qeyd edək ki, Çin Xalq Respublikasının tərkibində Sincan-Uyğur muxtar vilayəti 1950-ci illərdə yaradılıb. Müstəqil uyğur islam dövlətinin yaradılması uğrunda mübarizə aparan “Şərqi Türküstan İslam Hərəkatı” Çində terrorçu təşkilat elan olunub.

əsas linklər