Uorlik Qarabağa görə ATƏT sədrinə təşəkkür etdi

 

ATƏT sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Modern.az xəbər verir ki, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün twitter səhifəsində  bu açıqlama ilə çıxış edib. Amerikalı diplomat bildirib ki, ATƏT sədrinin Cənubi Qafqaza səfərindən əvvəl onunla görüşüb.

“O, Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsini dəstəkləyir. Biz ona təşəkkür edirik”,-deyə C. Uorlik yazıb.  

Qeyd edək ki, D. Burkhalterin iyul ayının 1-dən etibarən  Cənubi Qafqaza səfəri başlayır. Gürcüstandan səfərə başlayacaq ATƏT sədri daha sonra Ermənistana və Azərbaycana gələcək. Onun yüksək səviyyədə görüşlər keçirəcəyi gözlənilir. 

əsas linklər