
Azərbaycan Respublikası Ərazilərinin Ermənistan Tərəfindən İşğalı Nəticəsində Məruz Qalınan İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupunun qiymətləndirmə üzrə mütəxəssislərin iştirakı iclası keçirilib.
İşçi Qrupunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Naxçıvan Muxtar Respublikasının ərazilərində mülki əhaliyə və sosial obyektlərə dəyən zərərin qiymətləndirilməsi ilə bağlı yekun sənədlər müzakirə olunub.
Müzakirədə qiymətləndirmənin İşçi Qrupunun hazırladığı metodologiya və Beynəlxalq Qiymətləndirmə Standartlarına uyğun aparılması bir daha təsdiqlənib. İşçi Qrupunun hazırladığı hesabatlar yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək.