Lavrovun səfərinin sirləri

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin tarıxı açıqlanıb. ANS PRESS-in məlumatına görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib ki, Sergey Lavrov iyunun 17-18 Azərbaycanda səfərdə olacaq.

Onun sözlərinə görə, nazir ikigünlük səfəri çərçivəsində Azərbaycan rəhbərliyi və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Görüşdə iki tərəfli münasibətlər və regionda mövcud problemlər müzakirə ediləcək.

Qeyd eedək ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başa çatandan sonra baş nazirin müavini Dmitri Roqozinin səfəri gözlənilir.

əsas linklər