Cəmil Çiçək Türkmənistan və Özbəkistanı təcili TürkPA-ya üzv olmağa çağırıb
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək TÜrkmənistan və Özbəkistanı təcili Türkdilli ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv olmağa çağırıb.

C. Çiçək bunu TürkPA-nın Bakıda keçirilən 5-ci plenar iclasında bildirib.

O qeyd edib ki, TürkPA türkdilli ölkələrin beynəlxalq arenada sözünü deyən yeganə ortaq təşkilatıdır: “Digər türkdilli qardaş ölkələri də aramızda görmək bizim arzumuzdur və bu bizi məqsədlərimizə daha tez çatdırar”.

 

C. Çiçək eyni zamanda TürkPA-da Şimali Kipr Türk Cümhuriyyətinin üzvlüyə qəbul olunması ilə bağlı yarana fikir ayrılığından təəssüfləndiyini bildirib: “Şimali Kipr Türk Cümhuriyyətinin də qardaş ölkə olaraq aramızda görmək arzusundayıq. Amma TürkPA-da bununla bağlı fikri ayrılığının olması, buna qarşı çıxılması bizi üzür”.

 

Qeyd edək ki, TürkPA-da Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan təmsil olunur./

əsas linklər