Ayhan Dəmirçi diaspor təşkilatlarının rəhbərlərinə çağırış etdi

“Kərkük türklərinə qarşı törədilən qətliama duyarsız qalmayaq”

Azərbaycan Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi Avropada yaşayan Azərbaycan və Türkiyə diaspor təşkilatlarının rəhbərlərinə çağırış edib. Bu barədə o, öz facebook səhifəsində yazıb. Müraciətdə İraqda Kərkük türklərinə qarşı törədilən qətliama duyarsız qalmamaq və bu istiqamətdə ciddi addımlar atmaq xahiş edilib:
“Dəyərli qardaşlar, İraqda, Kərkük türklərinə, can qardaşlarımıza qarşı törədilən qətliam üçün səssiz qalmayaq. Bizlər səssiz qaldıqca qardaşlarımız qətlə yetirilir, soyqırıma məruz qalırlar. Kərkük və bölgədəki qardaşlarımz üçün Avropada nə edə bilərik, heç düşündünüzmü? Çox gec olmadan ortaq bir qərara gələrək qardaşlarımızın acısına şərik olaq”.

əsas linklər