Sarkisyandan acı etiraf

"Ermənistan Gömrük İttifaqına onun beynəlxalq aləmdə tanınmış sərhədləri ilə daxil olacaq. Biz son 23 ildə beynəlxalq təşkilatlara daxil olduğumuz sərhədlərlə Gömrük İttifaqına gedirik". 

ANS PRESS-in Armtoday-ə istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan bildirib. O, Gömrük İttifaqına üzv olmaq məsələsində onu tənqid edənlərə də üzünü tutub: "Qarabağı məndən müdafiə etməyin. Bu təhqiredicidir". 

Serj Sarkisyan İlham Əliyevin Astana sammiti iştirakçıları ölkələrin prezidentlərinə məktub ünvanlanmasına da toxunub. O, bildirib ki, Azərbaycan prezidentinin məktub göndərməməsi təəccüblü olardı. "Azərbaycan cəbhə xəttində gərginlik yaratdığı kimi diplomatik arenada da mübarizə aparır". 

Sarkisyan Ermənistanın ayrı qondarma Dağlıq Qarabağın isə ayrı sərhədlərinin mövcud olduğunu bildirib. Ermənistan prezidenti ölkəsinin Dağlıq Qarabağın müstəqilliyini rəsmən tanımadığını da xatırladaraq erməni xalqının emosiyalarını başa düşdüyünü deyib. Serj Sarkisyan sonda vurğulayıb ki, siyasətdə, ələlxsus da diplomatiyada emosiyalara yer yoxdur. O, danışıqlarda dəliqanlılıq göstərməyin yersiz olduğunu deyib. 

əsas linklər