
APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu “Rustavi-2” telekanalına müsahibəsində Ermənistan prezidenti Serj Sarkisyan deyib.
Bu haqda hələlik ciddi söhbətin olmadığını deyən S.Sarkisyan Tiflis-Suxumi-Moskva dəmir yolu xəttinin bərpasının Ermənistan üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib.
“Dəmir yolunun açılması təkcə Ermənistanla Rusiyadan asılı deyil. Ona görə də biz bu istiqamətdə səylər göstəririk”, - deyə o vurğulayıb.