
APA-nın Ermənistan saytlarına istinadən verdiyi məlumata görə, erməni hərbçilərinin biri iyunun 19-da Qarabağda, digəri isə iyunun 20-də Naxçıvan Muxtar Respublikası ilə sərhəddə öldürülüb.
Həlak olmuş hərbi qulluqçuların adları hələlik açıqlanmayıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan mətbuata açıqlamasında faktı təsdiqləyib.
Qeyd edək ki, iyunun 5-də Naxçıvan Muxtar Respublikası istiqamətində Ermənistan Ordusunun iki hərbçisi öldürülüb.