Ermənilər Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində yanğın törədiblər
Ermənilər Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonunun Əlibəyli kəndi istiqamətindəki neytral zonada yanğın törədiblər.


APA-nın yerli bürosunun xəbərinə görə, dünən 16.00 radələrindən başlayan yanğın indiyə qədər davam edir. Əlibəyli kənd sakinləri, son zamanlar belə yanğınların  tez-tez törədildiyini və nəticədə həmin ərazilərdə mina partlayışlarının baş verdiyini bildiriblər. Sakinlərin sözlərinə görə, belə yanğınlardan sonra zərərvericilərin kəndə axını başlayır. 

əsas linklər