Ermənilərin həyəcanı artır

"Azərbaycan, Dağlıq Qarabağ və Ermənistan sülh şəraitində yaşaya bilərlər, bunun üçün bütün regionun iqtisadi inkişafını təmin etmək lazımdır". 

Bunu Ermənistanın hakim partiyasından olan deputat Artaşes Qeqamyan deyib. Sonrası isə daha qəribədir. Onun sözlərinə görə, iki qonşu ölkə ilə dostluq münasibətlərini yenidən qurmaq lazımdır ki, azərbaycanlılar İrəvanda özlərini evlərindəki kimi, ermənilər isə Bakıda belə rahat hiss etsinlər. 

Birincisi Bakıda və başqa şəhərlərdə yaşayan ermənilər hər bir Azərbaycan vətəndaşı kimi özlərini əla hiss edirlər. İkincisi isə qonşularımızın saldığı qanlı müharibədən sonra bunu necə etməyin yollarını deputat deməyib. Və bunun səbəbi aydındır. 

Onun bütün dedikləri keçmişin təkrarıdır. 90-cı illərdə Ermənistanın prezidenti Levon Ter Petrosyan Azərbaycanla Ermənistan arasındakı sərhədləri götürmək, iqtisadi məkan və başqa şeylər üçün mübarizəyə başladı. 

Onda onu tez devirdilər, dövlət başçısı postuna isə Qarabağda döyüşən Robert Koçaryanı təyin etdilər. Məhz onun vaxtında dənizdən dənizə böyük Ermənistan haqqında köhnə mahnıları yenidən oxumağa başladılar. 

İndi dünyada yenə eyni vəziyyətdir. Ona görə də ermənilər yeni ahənglə oxuyurlar. Onlarda "dostluq", "sülh","iqtisadi", "inkişaf" kimi sözlər çoxluq təşkil edir. 

Bu ilk növbədə Ermənistanın iqtisadi vəziyyətinin pis yox, çox bərbad olması ilə bağlıdır. Avqust ayının 1-dən Ermənistanda elektrik tarifləri yenidən qalxacaq. Bunu ölkə prezidenti Serj Sarkisyan da deyib. Demək kəskin qiymət artımı olacaq. 

Bundan əlavə erməni ordusunun ilin ilk 5 ayı ərzində itkiləri də əhəmiyyətli dərəcə artıb. Və nəhayət, Moskva ilə Bakı arasında yaxınlaşma İrəvanı çox narahat edir. 

Ermənistanda bu çox böyük həyəcan kimi qəbul edilir. 

"Milli müqəddəratı təyinetmə birliyi"nin lideri Paruyr Ayrikyan Rusiyanın etibarlı dost olmasını ümumiyyətlə şübhə altına alıb. O iddia edir ki, bu gün Moskvadan strateji tərəfdaş kimi danışmaq olmaz. 

Təbii ki, indi bütün Ermənistanı ölkənin Avrasiya İqtisadi Birliyinə daxil olub olmayacağaı da çox maraqlandırır. Putin demək olar ki, elə ötən gün Moskvada çıxışında bu Cənubi Qafqaz ölkəsinin tezliklə birliyin üzvü olacağına ümid etdiyini demişdi. Amma necə - Qarabağla və ya onsuz. Buna aydınlıq gəlməyib. 

Axı bu separatçı Dağlıq Qarabağ adlı respublika Ermənistan da daxil olmaqla dünyanın heç bir ölkəsi tərəfindən tanınmayıb. Ermənistanın köhmə mahnısının yeni ahəngi də bir şərtlə çalınır - Qarabağ ikinci erməni dövləti olmalıdır. 

Deyirlər ki, iştah diş altındadır. Ola bilər ki, bəzi erməni politoqloqların başında artıq sayca 3-cü erməni dövlətinin yaranması ideyaları canlanır. Rusiyada bu millətin nümayəndələri Ermənistanın özündən belə çoxdur. Sonra isə birdə gördün ermənilərin çoxluq olduğu ABŞ-ın şəhər və ştatlarına da keçdilər. 

İrəvanda isə sülh, dostluq, qonşular arasında əlaqələr haqqında köhnə mahnını yeni ahənglə oxunmağa davam edirlər. 

əsas linklər