“Ukraynadakı azərbaycanlıların təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur”
“Ukraynadakı azərbaycanlıların təhlükəsizliyi ilə bağlı, xüsusilə Luqanskda, heç bir problem yoxdur. Hökumət qüvvələri təhlükəsizlik tədbirləri həyata keçirirlər”.


APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli deyib.

 

E. Mədətli ərazidə vəziyyətin nəzarətə götürüldüyünü bildirib: “Girov götürülən azərbaycanlıların məsələsi Azərbaycanın Ukraynadakı səfirliyinin və Azərbaycan Daxili İşlər Nazirliyinin oradakı nümayəndəsinin səyləri ilə həllini tapıb və girovlar azad edilib. Bu cür hallar hər zaman ola bilər” .

 

Səfir Ukraynada yaşayan azərbaycanlıların ölkəni kütləvi şəkildə tərk etmədiklərini və Azərbaycana qayıtmadıqlarını da söyləyib. 

əsas linklər