Türkmənçay qəsəbəsində etiraz aksiyası keçirilib

 İranın Şərqi Azərbaycan vilayətinin Türkmənçay qəsəbəsində etiraz aksiyası keçirilib.

APA-nın “Oyannews”a istinadən məlumatına görə, piket Türkmənçay qəsəbəsinin icra nümayəndəliyinin binası qarşısında olub.

Aksiyada 500-dən çox qəsəbə sakini iştirak edib.

Onlar qəsəbəyə rayon və şəhər statusunun verilməsini istəyirlər.

Piket iştirakçıları arasında İran nizam-intizam qüvvələrinin xeyli sayda mülki geyimli əməkdaşı nəzərə çarpıb.  

əsas linklər