Cavad Heyətin ölüm xəbəri yalan çıxdı

Məşhur azərbaycanlı cərrah, professor Cavad Heyət dünyasını dəyişməyib. 

Bu barədə ANS PRESS-ə alimin tələbəsi Pərvanə Məmədli məlumat verib. O, bildirib ki, mətbuatda C. Heyətin ölümü ilə bağlı yayılan xəbərlərlə əlaqədar professorun qızı ilə əlaqə saxlayıb. Cərrahın qızı Mənijə Heyət isə atasının dünyasını dəyişmədiyini və hazırda Bakıdakı Gömrük Hosbitalında reanimasiyaya yerləşdirildiyini deyib: "Yayılan xəbərlər şayiədir. Bu cür yalan xəbərlərə görə, çox təəssüf hissi keçiririk".

Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinin baş həkimi ANS PRESS-ə açıqlamasında Cavad Heyətin vəziyyətinin stabil ağır olduğunu bildirib: “O, xəsttəxanaya ürəyində olan problemə görə gətirilib. Onun vəziyyəti ağırdır. Heç bir dəyişiklik yoxdur”.

əsas linklər