Sarkisyan getməlidir: Erməni politoloq prezidenti ləyaqətini qorumağa çağırdı

Bu gün Ermənistan olduqça acınacaqlı vəziyyətdədir və buna görə də hökumət istefaya getməlidir. Bu barədə jurnalistlərə açıqlamasında "Milli müqəddəratı təyinetmə" birliyinin rəhbəri Paruyr Ayrikyan deyib. Onun fikrincə, Sarkisyanın istefasından sonra hakimiyyətə avropayönümlü qüvvələr gəlməlidir.

"Avropa oriyentasiyalı perspektivli dövlət başçısı təyin edilməlidir". 

Birlik sədrinin sözlərinə görə, prezident öz ləyaqətini qorumaq üçün mümkün qədər tez istefa verməlidir.

Hazırkı hakimiyyət Avropa Birliyi ilə əlaqələrin möhkəmləndirilməsindən imtina etdi. Bu təhlükəsizlik məsələləri ilə əlaqəlidir. Bu gün Sarkisyanın özü etiraf edir ki, təhlükəsizlik baxımından Avropa Birliyi özünü doğrultmur. 

Erməni politoloqların qəribə məntiqi var. Oğurlamaq, qarət etmək, mənimsəmək, sonra isə bütün dünyaya öz təhlükəsizlikləri haqqında car çəkmək. Onda siz də oğurlamayın və təhlükəsizliyinizlə hər şey qaydasında olacaq. 

Ermənilərə xatırladaq ki, xristianlığın əsas ehkamlarından biri belədir - oğurlama. 

əsas linklər