
Moskvanın Tver məhkəməsi vəkil ərlə-arvad Məmmədovların Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir HJirinovskiyə qarşı Azərbaycan xalqının şərəf və ləyaqətini təhqir etməsi ilə bağlı iddiasına baxacaq. Modern. az xarici mətbuata istinadən xəbər verir ki, iddiaçılar bundan əlavə Dövlət Dumasını da plenar iclasda azərbaycanlı deputatının ünvanına xoşagəlməz replika səslənməsi ilə bağlı məsuliyyətə cəlb olunmasını istəyirlər. Sadiq və Elmira Məmmədovlar məhkəmədən tələb edirlər ki, Jirinovski bu instansiyanın qərarından sonra Dövlət Dumasının iclasında dediklərini təkzib etsin. Bundan başqa, Məmmədovlar Azərbaycan xalqını təhqir etdiyi üçün Jirinovskidən 100 milyon rubl kompensasiya da tələb edirlər.