Ermənilər Qarabağdan kütləvi şəkildə qaçır

Dünən Azərbaycan Müdafiə Nazirliyinin Kəlbəcər rayonunda baş vermiş hadisə ilə bağlı rəsmi açıqlaması Ermənistan tərəfini ciddi rahatsız edib.

Bu günə qədər Ermənistan Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov, Şahbaz Quliyev və qətlə yetirilən Həsən Həsənov barəsində yanlış informasiyalar verir, adlarını çəkdiyimiz şəxslərin guya Müdafiə Nazirliyinin tərkibində partizan dəstlərinə aid olduğunu dünyaya car çəkirdilər.

Bununla həm də beynəlxalq müstəvidə Azərbaycana təzyiq etmək niyətini ortaya qoyurdular.

Erməni tərəfinin bu məsələ barədə ilk məlumatından sonra Azərbaycan Müdafiə Nazirliyi tərkibində belə qrupların olmadığını bəyan etdi.

Lakin görünür Azərbaycanın bu rəsmi açıqlaması Ermənistanı qane etmədiyindən düşmən tərəf hər vəhclə öz dezinformasiyasını həqiqət donuna bükmək üçün min cür hiylə işlətməyə üstünlük verdi.

Ermənistanın çox uzağa getdiyini görən rəsmi Bakı dünən yenidən Müdafiə Nazirliyinin timsalında yeni açıqlama verdi.

Açıqlamada qeyd edilir ki, Ermənistanın kütləvi informasiya vasitələri ölkəsinin Müdafiə naziri Seyran Ohanyanın çıxışına istinadən iddia edir ki, guya Azərbaycan ordusu kəşfiyyat-təxribat qruplarına əraziyə yaxşı bələd olan cinayətkar elementləri cəlb etməklə müxtəlif diversiyalar həyata keçirir.
Müdafiə Nazirliyi bildirir ki, səsləndirilən bu fikirlərin heç bir əsası yoxdur. İşğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz. Erməni tərəfinin iddia etdiyi kimi bu şəxslər heç bir dövlət sərhəddini də pozmayıblar. Çünki işğal nəticəsində, qeyri-qanuni yolla "qurulmuş" qondarma rejimin nəzarətindəki torpaqlar

BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir.
Azərbaycan Respublikasına təcavüz aktı etmiş, vətəndaşlarına qarşı divan tutulması siyasətini yürüdən, Xocalı soyqırımının törədilməsində iştirak edən Ermənistan Respublikasının cinayətkar rəhbərliyi, o cümlədən Seyran Ohanyan yaxın vaxtlarda ədalət məhkəməsi qarşısına çıxarılacaq və onların əməllərinə beynəlxalq hüquqi-siyasi qiymət veriləcək.
Bir daha bildiririk ki, Azərbaycan Silahlı Qüvvələri mülki şəxsləri, qeyri-peşəkarları cəlb etmədən istənilən döyüş tapşırığını və əməliyyatı yerinə yetirmək üçün bütün imkanlara malikdir.

Bu açıqlamada iki məqam bu gün Ermənistan mediasının müzakirə mövzusu olub.

 Nazirlik rəsmən “İşğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz. Erməni tərəfinin iddia etdiyi kimi bu şəxslər heç bir dövlət sərhəddini də pozmayıblar. Çünki işğal nəticəsində, qeyri-qanuni yolla "qurulmuş" qondarma rejimin nəzarətindəki torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir” deməklə Azərbaycan torpaqllarında qanunsuz yolla məskunlaşan ermənilərə öz mesajını verib.

Yəni istənilən zaman azərbaycanlılar öz evlərinə dönəcəklər, burada qeyri-qanuni bir şey yoxdur. Bu, hər hansı sərhəddin pozulması anlamına da gəlmir.

Ermənistan müxalifətinə mənsub media bu açıqlamadan sonra işğal edilmiş Azərbaycan torpaqlarında məskunlaşan ermənilərin  kütləvi şəkildə buranı boşaldacaqlarını açıq bəyan edib.

Eyni zamanda günün günorta çağı Dilqəm Əsgərov, Şahbaz Quliyev və  Həsən Həsənovun Kəlbəcərdə sərbəst dolaşmalarının da məskunlaşan ermənilərdə xof yaradıb.

Nazirliyin “Azərbaycan Silahlı Qüvvələri mülki şəxsləri, qeyri-peşəkarları cəlb etmədən istənilən döyüş tapşırığını və əməliyyatı yerinə yetirmək üçün bütün imkanlara malikdir” bəyanatı da düşmən tərəfin təşvişinə gətirib.

Hətta Qarabag ermənilərinin Ermənistanın ciddi dəstək verə bilməyəcəyi halda məcburən başqa addımlar atacaqları barədə də məlumatlar var.

Artıq Suriyadan gətirilib Azərbaycanın işğal olunmuş bölgələrində yerləşdirilən ermənilərin kütləvi köçünün başladığı barədə məlumatlar var.

əsas linklər