Nuşirəvan Məhərrəmli yerli telekanalları pislədi: “Səviyyə və inkişaf yoxdur”

Son zamanlarda Azərbaycan teleməkanında yayımlanan uşaq verilişləri barədə mətbuatda  müzakirə və mübahisəli yazılarla tez-tez qarşılaşırıq.

“ Azərbaycanda uşaq verilişləri sahəsində həm səviyyə, həm də keyfiyyət baxımından inkişaf yoxdur”. Bunu Modern.az saytına MTRŞ-nın  sədri Nuşirəvan Məhərəmli  uşaq verilişlərinin yayımından  narazılığını bildirərkən deyib.

Sədrin sözlərinə görə, ildə hər kanal bir cizgi filmi çəksəydi, yaxın illərdə 100-ə yaxın serialımız olardı. Uşaqların xarici kanallardakı verilişlərə baxmağından  təəssüflüyünü vurğulayan N. Məhərrəmli bu sahədə ciddi problemlərin olduğunu qeyd edib. Məsələ ilə  bağlı tədbirlərin görülməsinə gəlincə isə o, bildirib ki, özəl qurumlar  fəaliyyətlərini öz nizamnamələri əsasında qururlar.

“ Biz onların heç birini buna məcbur edə bilmərik. Amma  istərdik ki,  Azərbaycanda  özəl və büdcədən maliyyə ayrılan kanallar bu sahəyə diqqət ayırılsınlar” .

əsas linklər